Bu ilin I rübündə Azərbaycanda 1 471 radioelektron vasitə qeydiyyata salınıb

Bu ilin I rübündə Azərbaycanda 1 471 radioelektron vasitə qeydiyyata salınıb
# 25 aprel 2013 11:50 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin birinci rübü ərzində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsində (DRİ) 1 471 ədəd radioelektron vasitə (REV) qeydiyyata alınıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bununla, idarədə qeydiyyata salınan REV-lərin sayı 40 290 ədəd təşkil edib.

Qeyd edək ki, ümumilikdə DRİ-də 363 radiotezlik istifadəçisi (müəssisə, idarə, təşkilat və fiziki şəxslər) qeydiyyatdadır. Onlardan 68 istifadəçi dövlət, 241 istifadəçi kommersiya, 23 istifadəçi xarici təşkilat və 31 istifadəçi isə fiziki şəxslərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR