Azərbaycanda vətəndaşın məcburi əməyə cəlb edilməsi faktı aşkar edilib

Azərbaycanda vətəndaşın məcburi əməyə cəlb edilməsi faktı aşkar edilib
# 06 iyun 2015 09:57 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda vətəndaşın məcburi əməyə cəlb edilməsi faktı aşkar edilib.

APA-nın Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə istinadən verdiyi məlumata görə, 2015-ci il iyun ayının 2-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşı, Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Zeynalov Fehruz Məmməd oğlunun ailəvi sahib olduqları Bakı şəhəri, Xəzər rayonu və İmişli, İsmayıllı rayonlarında yerləşən heyvandarlıq fermalarında Azərbaycan Respublikası vətəndaşının məcburi əməyə məruz qalması faktı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR