Azərbaycanlı rəssamlar Moskvada təsviri incəsənət sahəsində “Vera” mükafatına layiq görülüblər - FOTOSESSİYA
11 iyul 2012 09:13 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, iyulun 4-dən 10-a kimi Rusiya paytaxtında “Ənənə və müasirlik” adlı VI Moskva Beynəlxalq Sənət Festivalı keçirilib. Paytaxtın “Manej” Mərkəzi Sərgi Salonunda keçirilən festivalda 30-dan çox ölkədən rəssamlar iştirak ediblər. Azərbaycanlı rəssamlar Məryəm Ələkbərli və Rəşad Mehdiyev festivalda uğurla çıxış edərək münsiflər heyətinin və sərgiyə qatılan tamaşaçıların rəğbətini qazanıblar.
“Ənənə və müasirlik” adlı VI Moskva Beynəlxalq Sənət Festivalının yekununa həsr olunan “Et Setera” teatrında keçirilən mərasimdə çıxış edən festivalın təşkilatçısı Moskva İctimai Fondunun prezidenti Vera Kiselyova münsiflər heyətinin ayrı-ayrı nominasiyalar üzrə 22 rəssamı qalib elan etdiklərini söyləyib: “Bu festival müasir incəsənət aləmində yeni isimlərin yaranmasına səbəb olub. Bu gün mükafat alanlar yaxşıların ən yaxşısıdır”.
Daha sonra mükafatlar təqdim olunub. Azərbaycanlı rəssamlar Məryəm Ələkbərli və Rəşad Mehdiyev təsviri-incəsənət sahəsində “Vera” mükafatına layiq görülüblər.
Qeyd edək ki, Moskva İctimai Fondu, Rusiya Dövlət Dumasının Mədəniyyət Komitəsi, “World for Cultur and Peace” Beynəlxalq Fondu və Rusiya İncəsənət Akademiyasının təşkilatçılığı ilə keçirilən “Ənənə və müasirlik” adlı VI Moskva Beynəlxalq Sənət Festivalının qaliblərinə verilən “Vera” mükafatı təsviri-incəsənət sahəsində verilən məşhur mükafatlardan sayılır.

Mədəniyyət siyasəti
Mədəniyyət Nazirliyinin kollektivi Ulu öndərin məzarını ziyarət edib
14:49
10 may 2024
Baş direktor: Qarşıdakı günlərdə Bakıda ICESCO-nun regional ofisinin açılışı olacaq
11:57
10 may 2024
ICESCO-nun baş direktoru: Şuşa - “İslam dünyasının mədəniyyət paytaxtı”nın təntənəli açılış mərasimi keçiriləcək
11:49
10 may 2024
ICESCO baş direktoru: Ənənəvi iş yerlərinin sayı azalır, yeni ixtisaslar meydana çıxır
10:42
10 may 2024