Azərbaycanda Gənc Hüquqşünasların Beynəlxalq Forumu keçirilir - FOTOSESSİYA

Azərbaycanda Gənc Hüquqşünasların Beynəlxalq Forumu keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 27 aprel 2012 07:32 (UTC +04:00)
APA-nın məlumatına görə, forumun açılış mərasimində Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin rəhbəri Fuad Ələsgərov çıxış edib. O, Azərbaycanda bütün sahələrdə olduğu kimi, hüquq sahəsində də islahatların həyata keçirildiyini deyib: “Azərbaycanda məhkəmə hakimlərinin, ədliyyə, prokurorluq orqanlarında çalışanların 50 faizdən çoxunu gənclər təşkil edir. Vəkillər arasında gənclərin sayı 30 faizdən çoxdur. Son on ildə Azərbaycanda bu sahədə iyirmiyədək qanun qəbul olunub, Ombudsman Aparatı təsis edilib”.

F. Ələsgərov gələn ay Azərbaycanda keçiriləcək “Eurovision” mahnı yarışmasının bütün Avropa gənclərini birləşdirəcək bir müsabiqə olacağını deyib: “Bu müsabiqə bütün Avropa gənclərinin bir aya gəlməsinə şərait yaradacaq möhtəşəm bir yarışma olacaq”.

Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev isə tədbirin əhəmiyyətini vurğulayıb. O. bildirib ki, Azərbaycanın gənclər təşkilatları dünyanın 30-dan artıq beynəlxalq təşkilatında təmsil olunur.

O, Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) kimi nüfuzlu təşkilatla əməkdaşlığın Azərbaycanın, həm də tədbirdə iştirak edən digər ölkələrin gəncləri üçün faydalı olacağını deyib.

Tədbir davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR