Həştərxanda Rusiya-Azərbaycan dostluğu piyada körpüsü açılacaq

Həştərxanda Rusiya-Azərbaycan dostluğu piyada körpüsü açılacaq
# 04 sentyabr 2012 08:20 (UTC +04:00)
Bakı – APA-Economics. Sentyabrın 12-13-də Həştərxanda Rusiya-Azərbaycan dostluğu piyada körpüsünün və Heydər Əliyev parkında yeni uşaq şəhərciyinin açılış mərasimi keçiriləcək.

APA-Economics”in Rusiya mətbuatına istinadən xəbərinə görə, adı çəkilən sosial əhəmiyyətli obyektlərin tikintisi artıq başa çatıb. Uşaq şəhərciyinin sahəsi 1200 kv. metrdir. Yay aylarında parkda kafe fəaliyyət göstərəcək.

Tədbirlərdə iştirak etmək üçün Həştərxana səfər edəcək Azərbaycan nümayəndə heyətinə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva başçılıq edəcək. O, fond tərəfindən əsaslı təmir olunan 11 saylı orta məktəbdə gənclərlə də görüşəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR