Avropa Birliyi İrana yeni sanksiyalar tətbiq etməyə hazırlaşır

Avropa Birliyi İrana yeni sanksiyalar tətbiq etməyə hazırlaşır
# 05 fevral 2012 02:45 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Avropa Birliyi (AB) İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır. APA-nın “Press TV”yə istinadən məlumatına görə, yeni sanksiyalar bu ölkəyə telekommunikasiya məhsullarının satışının dayandırılmasını nəzərdə tutur. Artıq quruma üzv olan 27 ölkə fevralın 3-də bununla bağlı razılıq əldə edib. Sadəcə sanksiyanın nə vaxt təyin olunacağı dəqiqləşdirilməyib. Qərarın aprel ayında veriləcəyi gözlənilir.
Qeyd edək ki, yanvarın 23-də Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri İrandan neft idxalına, İranın Mərkəzi Bankına, bu ölkə ilə almaz və qızıl ticarətinə sanksiya qoyub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR