Mədəniyyət və Turizm Nazirliyi Xaçmazda zona müşavirəsi keçirib

Mədəniyyət və Turizm Nazirliyi Xaçmazda zona müşavirəsi keçirib
# 17 fevral 2012 13:08 (UTC +04:00)
Xaçmaz. Vəli Turan – APA. Xaçmaz rayonunda şimal bölgəsinin mədəniyyət və turizm şöbələrinin 2011-ci ildəki fəaliyyətlərinin müzakirəsinə həsr olunan zona müşavirəsi keçirilib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, 11 rayonun mədəniyyət və turizm şöbələrinin rəhbərləri və nümayəndələri iştirak edib. Tədbirdə ötən il qazanılan uğurlardan danışılıb və mövcud problemlər müzakirə olunub. Tədbirdə regionlardan nazirliyə daxil olan müraciətlərin böyük əksəriyyətinin şikayət xarakterli olduğu bildirilib. Buna səbəbi kimi yerli mədəniyyət və turizm şöbələrinin problemlərə səthi yanaşması göstərilib. Həmçinin qeyd olunub ki, yerli mədəniyyət və turizm şöbələrinin qeyri-hökumət təşkilatları və yerli iş adamları ilə münasibətləri zəifdir. Mədəniyyət və Turizm Nazirliyinin regionlarla iş şöbəsinin müdiri Pərviz İsgəndərli çıxışında bildirib ki, yerli kitabxanalarda oxucu sayını göstərən rəqəmlər şişirdilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR