Azərbaycan və Tacikistan prezidentlərinin təkbətək görüşü olub

Azərbaycan və Tacikistan prezidentlərinin təkbətək görüşü olub
# 12 iyul 2012 07:40 (UTC +04:00)
APA-nın məlumatına görə, Tacikistan prezidenti Emoməli Rəhmonu Azərbaycan prezidenti İlham Əliyev qarşılayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri E. Rəhmona, Tacikistan nümayəndə heyətinin üzvləri İ. Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan və Tacikistan prezidentlərinin təkbətək görüşü olub.

Görüşdə Azərbaycanla Tacikistan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq bildirilib. Dövlətlər arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib.

Tacikistan prezidentinin Azərbaycana rəsmi səfərinin ölkələr arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından önəmi vurğulanıb.

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə də fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR