Türkiyə İrandan neft idxalını xeyli azaldıb

Türkiyə İrandan neft idxalını xeyli azaldıb
# 06 iyun 2012 09:47 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Türkiyə bu ilin may ayında İrandan neft idxalını xeyli azaldıb. APA-nın “Reuters”ə istinadən məlumatına görə, Türkiyənin “Tüpraş” şirkəti ABŞ-ın birtərəfli sanksiyalarından yayınmaq üçün belə addım atıb. Xəbərdə bildirilir ki, Türkiyə may ayında İrandan gündəlik 142 min barel xam neft alıb. Halbuki bu rəqəm martda gündəlik 270 min, apreldə isə 249 min barel olub. İyun ayında da may ayındakı kimi idxalın eyni səviyyədə qalacağı bildirilib.

Qeyd edək ki, “Tüpraş” Türkiyənin ən iri neft emalı konsernidir və ölkənin neft məhsulları bazarının 70%-ni təmin edir. Şirkətin 4 neft emalı zavodu var və onların ümumi istehsal gücü sutkada 600 min barelə bərabərdir. Şirkət İranla bağladığı müqaviləyə əsasən bu ölkədən gündəlik 180 min barel xam neft idxal edə bilər. “Tüpraş” martın sonunda İrandan neft idxalını 20% azaldacağını açıqlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR