Zaqatala Dövlət təbiət qoruğunun ərazisində xüsusi üsulla əkilmiş narkotik tərkibli bitki aşkar edilib

Zaqatala Dövlət təbiət qoruğunun ərazisində xüsusi üsulla əkilmiş narkotik tərkibli bitki aşkar edilib
# 18 avqust 2012 07:24 (UTC +04:00)
Balakən. Vüqar Heydərov - APA. Zaqatala Dövlət təbiət qoruğunun ərazisində xüsusi üsulla əkilmiş narkotik tərkibli bitki aşkar edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon hüquq-mühafizə orqanlarından məlumat verilib.
Balakən rayon Polis Şöbəsinin və Zaqatala Dövlət təbiət qoruğunun əməkdaşları qoruqda özbaşına bitmiş və xüsusi üsulla əkilmiş narkotik tərkibli bitkilər olan ərazilərin aşkar edilərək məhv edilməsi istiqamətində birgə əməliyyat-axtarış tədbiri keçirib.
Keçirilmiş tədbir nəticəsində qoruğun Balakən rayonunun Gərəkili kəndindən keçən hissəsində, dağlıq ərazidə, 05 saylı meşə dolayının 1 sotluq sahəsində hələlik istintaqa naməlum şəxs tərəfindən xüsusi kultivasiya yolu ilə əkilmiş, ümumi çəkisi 2 kq 500 qram olan 20 ədəd çətənə kolu aşkar edilib. Narkotik tərkibli bitki istintaqa təhvil olunmaq üçün ərazidən yığılaraq götürülüb. Faktla bağlı Balakən rayon Polis Şöbəsinin təhqiqat qrupunda araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR