Daha bir cüdoçumuz XXX Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb

Daha bir cüdoçumuz XXX Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb
# 01 avqust 2012 12:58 (UTC +04:00)
Bakı-APA. Daha bir cüdoçumuz London Olimpiadasında uğursuz çıxış edib. Apasport.az saytının məlumatına görə, komandamızın heyətində Elxan Məmmədov (90 kq) mübarizəyə 1/16 finaldan başlayıb.
İlk görüşdə Kristof Lamberti (Almaniya) ilə qarşılaşan həmyerlimiz qələbə qazanmaqla, növbəti mərhələyə çıxıb.

Elxan Məmmədovun 1/8 finaldakı rəqibi Dae-Nam Sonq (Cənubi Koreya) olub. O, Məmmədov uğurun davamını gətirə bilməyib və uduzaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, Elxan Məmmədovdan əvvəl tatami üzərinə çıxan digər altı cüdoçumuz da eyni aqibətlə üzləşib. Hazırda Azərbaycanı Olimpiadada təmsil edən cüdoçulardan yalnız Elmar Qasımov mübarizəyə başlamayıb. Cüdo yığmasının son ümid yeri olan Elmar Qasımov tatami üzərində gücünü sabah sınayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR