İran Gömrük Təşkilatı: Bu ilin ilk 4 ayı ərzində İranda ticarət dövriyyəsinin həcmi 29,2 milyard dollar təşkil edib

İran Gömrük Təşkilatı: Bu ilin ilk 4 ayı ərzində İranda ticarət dövriyyəsinin həcmi 29,2 milyard dollar təşkil edib
# 01 avqust 2012 11:38 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “Yanvar-iyun aylarında İranın xarici ölkələrlə ticarət dövriyyəsinin həcmi 29,2 milyard dollar olub. Bu gəlirdə qeyri-neft sektorunun payı 12 milyard dollar təşkil edib”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın Gömrük Təşkilatının rəhbəri Abbas Memarnejad bildirib.

Onun sözlərinə görə, ilin ilk 4 ayında 17.273 milyon dəyərində 12 milyon 500 min ton mal idxal edilib: “Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12.5% artım olsa da, dəyər baxımından 7% azalma deməkdir. Bu ilin ilk 4 ayında ixrac edilən məhsulların həcmi 24 milyon 200 min tona çatıb. Bu da təxminən 12 milyard dollar dəyərində olmaqla keçən ilin eyni dövrü ilə müqayisədə 7.5% artım və dəyər baxımından 16% azalma deməkdir.”
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR