İran Astarada dəniz limanı istifadəyə verməyi planlaşdırır
13 avqust 2012 09:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. İran yaxın vaxtlarda Astarada dəniz limanı istifadəyə verməyi planlaşdırır. APA-nın İran KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə Gilan əyaləti gəmiçilik idarəsinin rəhbəri Fərhad Muntasar Kuxsarini bildirib.
Yeni liman ildə 3,5 milyon ton yük qəbul edə və yola sala biləcək. Birinci mərhələdə liman ildə 2,5 milyon tona qədər yük qəbul etmə – yola salma imkanına malik olacaq.
Qeyd edək ki, limanın tikintisinə dair müqavilə 2009-cu ildə imzalanıb. Layihəyə təxminən 78 milyon dollara yaxın sərmayə qoyulub.
Limanın açılışı avqustun 23-28-si arası İranda "hökumət həftəsi" çərçivəsində nəzərdə tutulur.

Asiya
Şimali Koreya Yapon dənizinə ballistik raket buraxıb
10:37
17 may 2024
Si Cinpin: “Ukrayna böhranının həlli üçün təhlükəsizlik mexanizmi yaradılmalıdır”
23:27
16 may 2024
Türkiyədə “Kobani hadisələri”ndə təqsirləndirilən Səlahəddin Dəmirtaş və digərlərinə hökm oxunub - YENİLƏNİB
18:18
16 may 2024
Hindistanda avtobus yük maşınına çırpılıb, 4 nəfər ölüb
12:22
16 may 2024