Qətldə təqsirləndirilən yeniyetmənin məhkəməsi başlayıb

Qətldə təqsirləndirilən yeniyetmənin məhkəməsi başlayıb
# 10 avqust 2012 16:18 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını qətlə yetirməkdə təqsirləndirilən yeniyetmə Rəşad Əzizovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. APA-nın məlumatına görə, prosesdə məhkəmə baxışının vaxtı avqustun 23-nə təyin edilib.

Qeyd edək ki, 15 yaşlı R. Əzizov münaqişə zəminində tanışı , Bakı şəhər sakini 14 yaşlı Ağaxan Rüstəmovu bıçaqlayaraq qətlə yetirib. O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən ittiham olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR