CHP millət vəkili: “İşğal altındakı torpaqlar məsələsi Fransada “erməni soyqırımı” məsələsinin yenidən gündəmə gətirilməsinə qarşı ən güclü arqumentdir”

CHP millət vəkili: “İşğal altındakı torpaqlar məsələsi Fransada “erməni soyqırımı” məsələsinin yenidən gündəmə gətirilməsinə qarşı ən güclü arqumentdir”
# 16 iyul 2012 15:15 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Türkiyənin ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (CHP) Ankara millət vəkili, Türkiyənin AŞ PA-dakı nümayəndə heyətinin üzvü Gülsün Bilgehan deyib.

Uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasına dair qanun layihəsinin payızda yenidən Fransa parlamentinin gündəliyinə gətirilməsi ehtimalına qarşı Türkiyə və Azərbaycanın hansı addımları ata biləcəyi haqda suala G. Bilgehan belə cavab verib: “Bu məsələ ilə bağlı Fransua Oland dönəmində bir dəyişiklik olacağını gözləmirəm, çünki Fransanın yeni prezidenti də seçicilərə bununla bağlı söz verib. Türkiyə Fransadakı bu cəhdlərlə bağlı öz qəti mövqeyini ortaya qoydu, qardaş Azərbaycanın bütün məsələlərdə olduğu kimi, bu məsələdə də Türkiyənin yanında yer almasından təbii bir şey ola bilməz. Digər tərəfdən, Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal edib Dağlıq Qarabağı özünə birləşdirmə cəhdləri nəticəsində Azərbaycan 1 milyon insan yurd-yuvasından didərgin düşüb, zəmanəmizin ən böyük haqsızlığına məruz qalıb. Orada dünyanın gözü qabağında Azərbaycan vətəndaşlarının haqları tapdanır. Biz AŞ PA-da azərbaycanlı həmkarlarımızla bu məsələni daim gündəmdə saxlayırıq və insan haqlarının tapdanması çərçivəsində bundan sonra məsələni daha geniş çərçivədə gündəmə gətirməliyik. Fransanın “erməni soyqırımı” layihəsini yenində gündəmə gətirməsi cəhdinə qarşı Türkiyə və Azərbaycan yurd-yuvasından didərgin düşmüş 1 milyon Azərbaycan türkünün haqlarının tapdanması məsələsini həm AŞ PA-da, həm də Avropa İnsan Haqları Məhkəməsində gündəmdən düşürməməlidir”.

Qeyd edək ki, beynəlxalq münasibətlər üzrə mütəxəssis olan Gülsün Bilgehan Türkiyənin ikinci prezidenti və keçmiş baş naziri İsmət İnönünün nəvəsidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR