MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilib
10 aprel 2012 14:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun (ÇQ) iclası keçirilib.
Fonddan “APA-Economics”ə verilən məlumata görə, iclasda əhəmiyyətli ödəmələr anlayışı müəyyən edilib və bu ödəmələrin MHŞT hesabatlarına daxil edilməsi razılaşdırılıb, MHŞT hesabatlarının MHŞT-nin tətbiqinə dair yeni qaydalara uyğun tərtib edilməsi və MHŞT-nin Azərbaycanda tətbiqinə dair digər məsələlər müzakirə olunub.
Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana “2009-cu il MHŞT mükafatı” təqdim edilib.

Sənaye və energetika
“Romgaz” şirkəti Moldovaya qaz tədarükü üçün lisenziya almaq niyyətindədir
17:29
17 may 2024
Elnur Soltanov: Özəl sektor bahalı olduğuna görə yaşıl metodları dəstəkləmir
12:17
17 may 2024
Azərbaycan neftinin qiyməti 84 dolları ötüb
09:34
17 may 2024
Azərbaycan 19 ölkəyə 4.3 mlrd. dollarlıq neft ixrac edib - Siyahı
16:16
16 may 2024