Azərbaycan Beynəlxalq Bankı BƏƏ-də iri müəssisənin inşasını maliyyələşdirib - FOTO
14 iyun 2012 14:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) BƏƏ-nin Fuceyr Əmirliyində Yaxın Şərqdə ən iri toxuculuq fabrikinin tikintisi layihəsini maliyyələşdirib. Bankın mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, fabrikin açılışında Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev, Fuceyr Əmirliyinin əmiri Şeyx Həməd bin Məhəmməd Əl-Şarki, Əmirliyin sənaye və iqtisadiyyat naziri Şeyx Saleh bin Məhəmməd Əl-Şarki, Fuceyr azad iqtisadi zonasının sədri Şeyx Səyif bin Hamad Əl-Şarki iştirak ediblər.
Fabrikin tikintisinin dəyəri 60 mln. dollar təşkil edib. Onun istehsal gücü ildə 10 min ton yüksək keyfiyyətli məhsul, işçilərin sayı 225 nəfərdir. Fabrik Almaniya istehsalı olan və beynəlxalq keyfiyyət standartlarına cavab verən avadanlıqla təchiz edilib. Fabrikin dəniz limanına yaxın əlverişli coğrafi yerdə yerləşməsi həm xammal alınması, həm də hazır məhsulun satışı üçün üstünlüklər yaradır. Müəssisədə istehsal ediləcək məhsul Avropa və Asiya ölkələrinə ixrac olunacaq. Həmçinin, Azərbaycandakı pambıq istehsalçıları ilə pambığın tədarükü ilə bağlı razılıq əldə edilib ki, bu da həm Azərbaycan pambığının dünya bazarlarına çıxışını, həm də Azərbaycan və BƏƏ arasında iqtisadi-ticarət əməkdaşlığını genişləndirəcək.

Maliyyə
Mərkəzi Bankın strukturunda dəyişikliklər edilib
18:22
27 may 2024
Kapital Bank-ın dəstəyi ilə NDU-da “Cyber Bootcamp” layihəsi başa çatıb
17:35
27 may 2024
Hesablama Palatası: Yenidən baxılan büdcə layihəsi üzrə bəzi risklər var
17:16
27 may 2024
Hesablama Palatası: 2024-cü ildə büdcə kəsiri proqnozlaşdırılan məbləğdən az olacaq
16:59
27 may 2024