Səid Cəlili və Ketrin Eşton bu həftə İstanbulda görüşmək barədə razılığa gəliblər

Səid Cəlili və Ketrin Eşton bu həftə İstanbulda görüşmək barədə razılığa gəliblər
# 17 sentyabr 2012 09:32 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Ketrin Eşton arasında telefon danışığı olub. APA-nın məlumatına görə, tərəflər İranın nüvə proqramını müzakirə etmək üçün bu həftə İstanbulda görüşmək barədə razılığa gəliblər.

Qeyd edək ki, S. Cəlili Türkiyə rəsmiləri ilə görüşmək üçün bu gün Ankaraya səfər edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR