Bakıda mağazaya basqın edərək gözətçini qətlə yetirən şəxs həbs edilib

Bakıda mağazaya basqın edərək gözətçini qətlə yetirən şəxs həbs edilib
# 13 iyul 2012 07:50 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan paytaxtında mağazaya basqın edərək gözətçini qətlə yetirən şəxs həbs edilib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

Məlumata görə, iyunun 30-u saat 05:30 radələrində naməlum şəxslər Bakı şəhər sakini Çiçək Əliyevaya məxsus, Gəncə prospektində yerləşən mağazadan plastik qapını sındırma yolu ilə siqaret, danışıq kartları və ərzaq məhsulları oğurlayıb qaçarkən mağazanın gözətçisi Əfəsliyar Ağamirzəyev onları saxlamaq istəyib. Bu zaman oğrular
Ə. Ağamirzəyevin baş nahiyəsinə küt alətlə vuraraq qətlə yetiriblər.

Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Maştağa qəsəbə sakini Zöhrab Şamilzadə iyulun 12-də tutulub. Hazırda cinayətin digər iştirakçılarının yaxalanması istiqamətində əməliyyat tədbirləri keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR