Gürcüstanda bütün kəndlərdə kompüter mərkəzləri fəaliyyət göstərəcək
12 iyul 2012 20:39 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. İyulun 16-dan Gürcüstanda “Hər kəndə kompüter” adlı yeni dövlət proqramına start veriləcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Ədliyyə Nazirinin müavini Giorgi Vaşadze iyulun 12-də keçirdiyi mətbuat konfransında məlumat verib. Onun dediyinə görə, proqram ilk növbədə əhalisi min beş yüz nəfərdən çox olan 300 kəndi əhatə edəcək: “Proqramın həyata keçirilməsi zamanı hər kənddə iki sakinə kompüter bağışlanacaq və internet çəkiləcək. Bu iki nəfər kənd sakinlərini kompüter kurslarına cəlb edəcək və onlara kommunal xidmət göstərəcək, hətta kənd sakinlərinin məhsullarını onlayn rejimlə satışını təşkil edəcəklər. Bir neçə gündən sonra layihə iştirakçıları üçün xüsusi treninqlər keçirilməyə başlanılacaq”.
Kompüter biliklərinin yayma cəmiyyətinin direktoru Giorgi Bakradze jurnalistlərə açıqlamasında 1 500 kənddən ərizə aldıqlarını və ilk mərhələdə 300 kəndə kompüter mərkəzi çəkə biləcəklərini bildirib: “ Dövlətin dəstəklədiyi proqram sentyabr ayında bütün gücü ilə işə düşəcək”.

MDB
Xankəndi, Ağdərə və Əsgəranın keçmiş qondarma "merləri" Ermənistanda tutulub
16:52
25 may 2024
Paşinyan Qazaxla sərhəddə yerləşən kəndlərdə görüş keçirir
14:03
25 may 2024
Rusiyada Beynəlxalq "Ordu Oyunları" bu il də keçirilməyəcək
13:06
25 may 2024
Paşinyan helikopterinin məcburi eniş etməsi ilə bağlı açıqlama verib - YENİLƏNİB - VİDEO
11:23
25 may 2024