Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri məhkəmədə ifadə verib

Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri məhkəmədə ifadə verib
# 24 avqust 2012 11:42 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “İN Eksklüziv Servis” MMC tikinti şirkətinin rəhbəri Ələkbər Zeynalovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib. APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən şəxs ifadə verərək, özünü təqsirli bilmədiyini deyib. Məhkəmənin növbəti iclası isə avqustun 27-nə təyin edilib.

Məlumata görə, “İN Eksklüziv Servis” MMC sədri Yeni Yasamal yaşayış massivində tikdirdiyi çoxmərtəbəli yaşayış binasındakı mənzilləri bir neçə nəfərə sataraq dələduzluq edib. O, vətəndaşların şikayətləri əsasında həbs olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR