Şahmar Mövsümov: “Azərbaycan Dövlət Neft Fondunun gəlirləri artacaq”

Şahmar Mövsümov: “Azərbaycan Dövlət Neft Fondunun gəlirləri artacaq”
# 05 iyun 2012 09:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın bu ilin dövlət büdcəsində neftin 1 barelinə görə baza qiymətinin 100 dollar səviyyəsində götürülməsi avtomatik olaraq Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirlərini artıracaq. “APA-Economics”in məlumatına görə, bunu ARDNF-ın icraçı direktoru Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, Fond öz hesablamalarını bu qiymət üzrə aparır və bu da ARDNF-ın gəlirlərini artıracaq: “Fondun xərcləri isə dəyişməz olaraq qalacaq”.

Ş.Mövsümov onu da bildirib ki, ümumiyyətlə, Azərbaycanın dövlət büdcəsi dünya bazarında neftin qiymətinin qalxıb-düşməsi prosesinə dayanıqlıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR