Misir parlamenti İsrail səfirinin ölkədən çıxarılmasını tələb edib

Misir parlamenti İsrail səfirinin ölkədən çıxarılmasını tələb edib
# 13 mart 2012 00:43 (UTC +04:00)
Bakı-APA. Misir parlamentinin aşağı palatası olan Xalq məclisi İsrail səfirini Qahirədən çıxarmağı və Təl-Əvivdəki Misir diplomatik nümayəndəliyinin rəhbərini geri çağırmağı tələb edib. Parlamentin qəbul etdiyi qərarda bu addımın «İsrailin Qəzza zolağında fələstinlilərə qarşı təcavüzünə qarşı» atıldığı vurğulanır.

Son bir neçə gün ərzində İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 18 nəfər həlak olub, daha 30 insan isə yaralanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR