Səfir: “Tehranın Azərbaycanı İsraillə İrana qarşı işbirliyində ittiham etməsi absurddur” - FOTO

Səfir: “Tehranın Azərbaycanı İsraillə İrana qarşı işbirliyində ittiham etməsi absurddur” - <font color=red>FOTO</font>
# 16 fevral 2012 14:24 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri İsrailin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, xanım Dorit Qolender “RİA Novosti” informasiya agentliyində keçirdiyi mətbuat konfransında deyib.

Erməni diasporunun Türkiyə-İsrail münasibətlərinin “Mavi Mərmərə” hadisəsindən sonra gərginləşməsindən istifadə edərək qondarma “erməni soyqırımı”nın İsrail knessetində tanınması üçün müraciətinə münasibət bildirən səfir xarici işlər naziri Aviqdor Libermanın sözlərindən sitat gətirərək mövqeyini bildirib.

Dorit Qolender rəsmi Tehranın Azərbaycan tərəfini İsraillə birgə İrana qarşı işbirliyində ittiham etməsinə də münasibət bildirib. O, İran tərəfinin dediklərini absurd mövqe adlandırıb: “İranın Rusiyadakı səfiri ötən günlərdə İsrailin Tailanda, Gürcüstanda və digər ölkələrdə baş verən terror aktlarında əli olduğunu iddia edib. Bu cür absurd fikirlərə reaksiya vermək fikrində deyilik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR