Dil Qurumu Vergilər Nazirliyinə müraciət edib

Dil Qurumu Vergilər Nazirliyinə müraciət edib
# 23 avqust 2012 13:15 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Dil Qurumu İctimai Birliyi (ADQ İB) dövlət dilinə uyğun olmayan firma adlarının dəyişdirilməsi üçün Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinə müraciət edib. Bu barədə APA-ya ADQ İB-nin mətbuat xidmətindən bildirilib.

Müraciətdə bildirilib ki, "Dövlət dili haqqında" qanunun 17-ci maddəsinə əsasən, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrinin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılmalıdır: “Təəssüf ki, Vergilər Nazirliyində qeydiyyatdan keçən hüquqi və fiziki şəxslərin firma adları çox vaxt dövlət dilinin normalarına uyğun gəlmir”.

ADQ bundan sonra qeydiyyata alınacaq hüquqi şəxslərin firma adlarının dövlət dilinin normalarına uyğun olmasına xüsusi nəzarət edilməsi ilə yanaşı, mövcud firma adlarının tədricən "Dövlət dili haqqında" qanunun tələblərinə uyğunlaşdırılmasını Vergilər Nazirliyindən xahiş edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR