Tiflisdə “KİV-də rəngarəngliyin işıqlandırılması və onun müasir inkişaf strategiyası” mövzusunda treninq keçirilib
21 iyul 2012 11:14 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdə Ombudsman Aparatının təşəbbüsü və dəstəyi ilə milli azlıqların dilində nəşr olunan qəzet redaktorları üçün ikigünlük treninq keçirilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, treninqdə Gürcüstanın Kvemo-Kartli və Samsxe-Cavaxeti bölgələrində, paytaxt Tiflisdə nəşr olunan Azərbaycan dilli “Gürcüstan”, “ZİYA”, “Regionpress”, Samtsxe-Cavaxetiyada erməni və gürcü dillərində nəşr olunan “Cənub qapısı”, Tiflisdə “Vrastan” və digər qəzetlərin, eyni zamanda milli azlıqların dilində olan radio və regional televiziyaların nümayəndələri iştirak edib.
Treninq başlamamışdan əvvəl jurnalistlərlə görüşən Gürcüstan Ombudsman Aparatının nəzdində fəaliyyət göstərən “Tolerant Mərkəzi”nin rəhbəri Beka Mindiaşvili belə tədbirin ilk dəfə keçirildiyini və regional medianın inkişafına müsbət təsir edəcəyini bildirib. Görüşdə təcrübəli media ekspertlərindən Keti Msixaladze və Tamar Xorbaladze regional media əməkdaşlığın vacib olduğunu və milli azlıqların dilində nəşr olunan regional mətbu orqanların insan haqlarının müdafiəsi məsələsinin işıqlandırılmasında fəallığın artırılmasını qeyd ediblər. Sonra “KİV-də rəngarəngliyin işıqlandırılması və onun müasir inkişaf strategiyası” mövzusunda ikigünlük treninq başlayıb. Tədbirin ikinci günü “Gənc Hüquqşünaslar Assosiasiyası”nın hüquqşünası Natia Kapanadzenin “İnformasiyanın alınması və yayılması hüquqları”, söz azadlığı, dövlət sirrinin mətbuatda işıqlandırılması məsələləri, jurnalist yaradıcılığı və qarşıya çıxan problemlər, jurnalist etikası və onların müdafiəsi haqqında fikir və mülahizələri jurnalistlərin marağına səbəb olub. Treninqdə azərbaycanlı, gürcü və erməni jurnalistləri etika peşəkarlığı və xarici ölkələrdə fəaliyyət göstərən qəzet, radio və televiziyaların təcrübəsi barədə fikir mübadiləsi aparıb və interaktiv oyunlarda iştirak ediblər. Treninqdə azərbaycanlı jurnalistlər fəallıq nümayiş etdiriblər.

Media
UNESCO Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistləri mükafatlandırıb
19:57
3 may 2024
Bakıda MDB İnformasiya Şurasının XXXI iclası keçirilib
18:34
3 may 2024
AzərTAc-ın işçilərinin əməyinin ödənilməsi şərtlərinə dəyişiklik edilib
17:50
3 may 2024
Əhməd İsmayılov: Azərbaycan mediası işini müasir trendlərə cavab vermək səviyyəsində qurmaqda maraqlıdır - FOTO
11:17
3 may 2024