Azərbaycan Beynəlxalq Bankı ötən ildə depozit portfelini 27% artırıb

Azərbaycan Beynəlxalq Bankı ötən ildə depozit portfelini 27% artırıb
# 23 fevral 2012 07:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivlərinin həcmi 2012-ci il yanvarın 1-nə 5 013,836 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəli ilə müqayisədə 9,3% azdır.

ABB-nin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın kredit portfeli 16% azalaraq 3 155,518 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 1,8% artaraq 381,264 mln. manat, depozit portfeli 27% artaraq 2 509,182 mln. manat, o cümlədən əhalidən cəlb edilən əmanətlərin həcmi 35% artaraq 968,996 mln. manat təşkil edib.

Bankın məcmu kapitalı 1% artaraq 512,738 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 240 mln. manat olub.

Qeyd edək ki, ötən il bankın ümumi gəlirləri 78,173 mln. manat, xərcləri isə 70,522 mln. manat təşkil edib. Nəticədə, ötən il bankın mənfəəti 7,651 mln. manat olub.

Xatırladaq ki, Azərbaycanın ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur. Cari ilin əvvəlinə bankın 37 filialı, 630 bankomatı və 3 795 POS- terminalı olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR