Bakıda maşın qaçıran şəxs qəza törədib

Bakıda maşın qaçıran şəxs qəza törədib
# 25 fevral 2012 08:03 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakının Qaradağ rayonunda başqasının maşınını qaçırdaraq yol nəqliyyat hadisəsi törədən şəxs tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən xəbərə görə, Astara rayon sakini Taleh Əkbərov Ələt qəsəbəsində Novruz Əsədova məxsus “VAZ-2107” markalı avtomobili qaçıraraq yol nəqliyyat hadisəsi törədib. Nəticədə T. Əkbərov və sərnişinləri Kənan Bəhlulzadə ilə Sabir Səlimov xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR