Azərbaycanın sənaye və energetika naziri Türkiyənin elm, sənaye və texnologiyalar nazirini qəbul edib

Azərbaycanın sənaye və energetika naziri Türkiyənin elm, sənaye və texnologiyalar nazirini qəbul edib
# 27 aprel 2012 15:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Bakıda səfərdə olan Türkiyənin elm, sənaye və texnologiyalar naziri Nihat Ergünün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə «APA-Economics»ə Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli məlumat verib.

Onun sözlərinə görə, görüş zamanı tərəflər arasında sənayenin qeyri-neft sektorunda əməkdaşlığın perspektivləri müzakirə olunub və Türkiyə tərəfi Azərbaycanla qeyri-neft sektorunda əməkdaşlığın qurulması, inkişaf etdirilməsi və birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu ifadə edib.

Görüş zamanı, həmçinin sənaye bölgələrinin və birgə texnoparklarının yaradılması, sahibkarlar arasında bu ideyanın təşviqi və bu məsələnin birgə işçi qrupu səviyyəsində işlənməsi təklif olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR