Vyanada «altılıq» ölkələri İranla bağlı toplantı keçirəcək

Vyanada «altılıq» ölkələri İranla bağlı toplantı keçirəcək
# 12 may 2012 16:58 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Mayın 14-də «altılıq» ölkələrinin Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki daimi nümayəndələri Vyana şəhərində (Avstriya) bir araya gələcəklər. APA-nın IRNA agentliyinə istinadən məlumatına görə, yığıncaqda ötən üç ay müddətində İranla Agentlik arasında aparılan danışıqların nəticələri əsas müzakirə mövzusu olacaq. ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya və Almaniya nümayəndələri arasında baş tutacaq toplantıda İranın mayın 23-də Bağdadda «altılıq» ölkələri ilə keçirəcəyi növbəti müzakirələrdə ciddiliyini göstərəcək sənədlər araşdırılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR