Gürcüstan Ermənistana qaz nəqlini bərpa edib

Gürcüstan Ermənistana qaz nəqlini bərpa edib
# 04 oktyabr 2012 13:58 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA-Economics. Bu gün səhər saat 09:05-də Ermənistana Gürcüstan ərazisi vasitəsilə Rusiya qazının nəqli bərpa olunub.

APA-Economics”in Ermənistan mətbuatına istinadən xəbərinə görə, bu barədə “ArmRosQazprom” QSC açıqlama yayıb.

Xatırladaq ki, Gürcüstanın Qaz Nəqli Şirkəti oktyabrın 1-dən “Şimali Qafqaz-Zaqafqaziya” kəmərində aparılan təmir işləri ilə əlaqədar Ermənistana qaz nəqlini 3 gün müddətinə dayandırdığını açıqlayıb. “ArmRosqazprom” isə Ermənistanın qaz təchizatında fasilə yaranmayacağını bəyan edib.

“ArmRosqazprom” Rusiya-Ermənistan birgə müəssisəsidir. Şirkətdə Ermənistan hökumətinin payı 20%, “Qazprom” şirkətinin payı isə 80%-dir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR