Azərbaycan Dövlət Neft Fondu aldığı qızılı ölkəyə rüsumsuz gətirəcək
22 oktyabr 2012 08:40 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, Nazirlər Kabineti «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında» 1998-ci il 22 aprel tarixli qərarında dəyişiklik edib.
Qərara əsasən, Azərbaycan Dövlət Neft Fondunun aktivlərində yerləşdirilməsi üçün idxal olunan qızıldan gömrük rüsumu tutulmayacaq. Nazirlər Kabinetinin digər qərarı ilə ARDNF-in gətirdiyi qızıl ƏDV-dən də azad olunub. Adı çəkilən qərarlar Fondun İqtisadi İnkişaf, Maliyyə, Vergilər nazirlikləri, eləcə də Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifi əsasında qəbul edilib.
Qeyd edək ki, aktivlərin diversifikasiyası proqramı çərçivəsində Dövlət Neft Fondu oktyabrın 1-dək 10 891 kq və ya 350 146 troya unsiyası həmində qızıl alıb. Hələlik bu qızıllar Londonda saxlanılır. Nazirlər Kabinetinin adı çəkilən qərarından sonra onların ölkəyə gətirilərək Mərkəzi Bankda saxlanması nəzərdə tutulur.

Maliyyə
Qara və əlvan metal ixracına tətbiq olunan gömrük rüsumları artırılacaq
15:05
24 iyun 2024
ETX rəisi: İndiyə kimi bankların yaratdığı boşluq səbəbindən vəsaitin oğurlanması faktı aşkarlanmayıb
13:04
24 iyun 2024
Birbank Biznes-də SİF kreditindən yararlanma imkanı
12:56
24 iyun 2024
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
11:44
24 iyun 2024