Kürdəmirdən Bakıya qaçan məktəbli qızları kirayə tutduqları evdə saxlayan 3 oğlan sərbəst buraxılıb

Kürdəmirdən Bakıya qaçan məktəbli qızları kirayə tutduqları evdə saxlayan 3 oğlan sərbəst buraxılıb
# 18 fevral 2012 09:52 (UTC +04:00)
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə Kürdəmir rayonunun mərkəzinə hazırlıq məqsədilə müəllim yanına getmək adı ilə evdən çıxan və itkin düşən Carlı kənd sakinləri - 16 yaşlı Tünzalə Şirəliyeva, 16 yaşlı Röyalə Novruzova və onun əkiz bacısı Minayənin mobil telefon vasitəsilə internetdə tanış olduğu və Bakıda mağazada satıcı işləyən Salyan rayon sakinləri - 1991-ci il təvəllüdlü Əliyev Qismət Nizami oğlu, onun 1989-cu il təvəllüdlü qardaşı Rahib və Neftçala rayon sakini 1992-ci il təvəllüdlü Əliyev Hüseyn Eldar oğlu Kürdəmir rayon Polis Şöbəsində dindirilib və izahatları alınaraq sərbəst buraxılıblar. Onlar barəsində cinayət işi açılmayıb, təhqiqat bölməsi tərəfindən araşdırma aparılır.

Məlumata görə, qızlar dostluq etdikləri həmin oğlanlar barəsində şikayətçi olmayıblar və öz valideynlərinə qarşı çıxaraq onlardan şikayət etməməyi tələb ediblər. Polis oğlanların əməlində cinayət tərkibli fakt aşkar etmədiyi üçün onları sərbəst buraxıb.

Qeyd edək ki, oğlanlar evdən qaçan qızlarla birgə Bakıdakı dənizkənarı bulvarda tapılıb. Qızlar polisə ifadələrində bildiriblər ki, telefon vasitəsilə internetə daxil olaraq tanış olduqları oğlanları görmək üçün Bakıya gediblər. Bir-birini sadəcə, yaxından tanımaq məqsədilə Bakıya getdiklərini, yol xərclərinin və onlar üçün kirayə tutulan mənzilin pulunun oğlanlar tərəfindən ödənildiyini və iki gecə orada qaldıqlarını bildiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR