Azərbaycanın xarici işlər naziri Hindistan səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Azərbaycanın xarici işlər naziri Hindistan səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
# 08 may 2012 14:52 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Hindistanın Azərbaycandakı səfiri Debnat Şounu ölkədə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, D. Şou işlədiyi dövrdə Hindistanla Azərbaycan arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini qeyd edərək faydalı əməkdaşlığa görə Xarici İşlər Nazirliyinə minnətdarlığını bildirib.

E. Məmmədyarov Azərbaycanla Hindistan arasında münasibətlərin genişləndirilməsi işinə verdiyi töhfəyə görə səfirə təşəkkür edərək gələcək işlərində ona müvəffəqiyyətlər arzulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR