AVRO-2012-də 1/4 final mərhələsi başa çatıb, sonuncu yarımfinalçı İtaliya olub

AVRO-2012-də 1/4 final mərhələsi başa çatıb, sonuncu yarımfinalçı İtaliya olub
# 25 iyun 2012 08:03 (UTC +04:00)
Bakı-APA. AVRO-2012-nin final mərhələsində 1/4 final oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, turnirin sonuncu yarımfinalçısı Kiyevdə müəyyənləşib.

D qrupunun qalibi İngiltərə milli komandası C qrupunun 2-cisi olan İtaliya ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə qalib gələn komanda yarımfinala yüksəlməklə yanaşı, AVRO-2012-nin mükafatını təmin edib.

Matçın qalibi isə oyunun əsas vaxtında müəyyənləşməyib. AVRO-2012-də ilk dəfə olaraq 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Belə olan halda rəqiblər əvvəl əlavə vaxtda qalibi müəyyənləşdirməli olublar. Lakin bu yarım saat da yarımfinalçının adına aydınlıq gətirməyib. Nəticədə komandalar oyunsonrası penaltilər seriyasında güclünün adına aydınlıq gətiriblər. Burada daha dəqiq olan İtaliya 4:2 hesabı ilə qalib gəlib. İlk səhvi italiyalı Montolivo etsə də, Yanq və Koulun imkandan yararlanmaması futbolun yaradıcılarını mükafatsız qoyub.

Qeyd edək ki, İtaliya yarımfinalda Almaniya ilə görüşəcək. Matç iyunun 28-də Varşavada olacaq. Bundan 1 gün öncə Donetskdə Portuqaliya- İspaniya milliləri qarşılaşacaq.


AVRO-2012
Final mərhələsi

1/4 final
İNGİLTƏRƏ – İTALİYA - 0:0,pen. 2:4
Baş hakim: Pedro Proensa (Portuqaliya)
Kiyev. “Olimpiyski” stadionu
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR