Bu il Azərbaycanda həkimlərin əmək haqları artırıla bilər - FOTO

Bu il Azərbaycanda həkimlərin əmək haqları artırıla bilər - <font color=red>FOTO</font>
# 27 sentyabr 2012 10:34 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.

O, əmək haqlarının artımı məsələsinin nazirliyin səlahiyyətində olmadığını və buna görə də konkret fikir söyləyə bilmədiyini deyib: “Son illərdə həkimlərin əmək haqlarının dəfələrlə artırılıb və ildən-ilə artırılır. Əlbəttə ki, buna ehtiyac olmasa, əmək haqları artırılmaz. Bu artın yenə də olacaq”.

E.Ağayev bu ilin sonunadək Azərbaycanda 15-ə yaxın tibb müəssisəsinin açılacağını da bildirib: “Son 7 ildə Azərbaycanda yeni tikilmiş, təmir olunmuş, müasir avadanlıqlarla təchiz olunmuş dövlət tibb müəssisələrinin sayı artıq 450-ni ötüb. Respublikada yenidən tikilmiş, təmir olunmuş tibb müəssisələri yalnız paytaxtda fəaliyyət göstərmir. Belə müəssisələrin təqribən 60 faizi regionlardadır”.

Nazir müavininin sözlərinə görə, Azərbaycan dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılmış maliyyə vəsaitinin artımına görə bır sıra ölkələrlə müqayisədə ön yerlərdə durur: “Görülən işlərlə yanaşı, görüləcək işlərimiz də çoxdur. Səhiyyənin qarşısına qoyulan əsas tibb müəssisələrinin hamısının müasir avadanlıqlarla təmin olunmasıdır. Azərbaycanda 450 müəssisədə iş aparmaqla bizim işimiz bitmir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR