Gürcüstanda keçmiş azərbaycanlı deputatın evindən oğurluq olub

Gürcüstanda keçmiş azərbaycanlı deputatın evindən oğurluq olub
# 16 oktyabr 2012 14:06 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstan parlamentinin keçmiş deputatı Hidayət Hüseynovun evinə oğru girib. Bu barədə APA-nın Gürcüstan bürosuna keçmiş deputatın özü məlumat verib.

Onun sözlərinə görə, evə girən oğru çox şey apara bilməyib: “Evdə stolun üstündə 25 manat pul var idi. Oğru 25 Azərbaycan manatı pul və bir odekolon qutusu götürüb. İndi hadisə yerində polis araşdırma aparır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR