Məhkəmə həbsdə olan ilahiyyatçının apellyasiya şikayətini təmin etməyib

Məhkəmə həbsdə olan ilahiyyatçının apellyasiya şikayətini təmin etməyib
# 02 noyabr 2012 15:20 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində ilahiyyatçı Cavid Məmmədov barəsində olan həbs-qətimkan tədbiri qərarından verilən apellyasiya şikayətinə baxılıb. C. Məmmədovun vəkili Osman Kazımovun APA-ya verdiyi məlumata görə, məhkəmə apellyasiya şikayətini təmin etməyib.

Qeyd edək ki, Cavid Məmmədov oktyabrın 17-də Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. C. Məmmədov Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR