Neft 3% ucuzlaşıb

Neft 3% ucuzlaşıb
# 31 may 2012 06:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Mayın 30-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 2,94 dollar və ya 3,2% azalaraq 1 barelə görə 87,82 dollar təşkil edib.

«APA-ECONOMICS»in məlumatına görə, mayın 30-da ICE London qitələrarası birjasında iyulda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 3,37 dollar və ya 3,3% azalaraq 103,31 dollar olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR