Hüquq-mühafizə orqanları Azərbaycan paytaxtında xüsusi əməliyyat keçirib - YENİLƏNİB

Hüquq-mühafizə orqanları Azərbaycan paytaxtında xüsusi əməliyyat keçirib - <font color=red>YENİLƏNİB</font>
# 18 oktyabr 2012 19:52 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Hüquq-mühafizə orqanlarının Bakıda keçirdiyi xüsusi əməliyyat başa çatıb.

APA-nın əldə etdiyi məlumata görə, əməliyyat zamanı kriminal aləmlə əlaqəsi olan 30-a yaxın avtoritet saxlanılıb. Onlar Qaraçuxur qəsəbəsində yerləşən “Yağmur” şadlıq evində toplantı keçirirmişlər. Saxlanılanların arasında Gürcüstan və Rusiyadan gəlmiş avtoritetlərin də olduğu bildirilir.


***
Saat 21.37

Hüquq-mühafizə orqanları tərəfindən Bakıda xüsusi əməliyyat keçirir.

APA-nın məlumatına görə, Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində həyata keçirilən əməliyyat nəticəsində cinayətkar qrupun üzvləri zərərsizləşdirilib. Əməliyyat zamanı odlu silahdan istifadə olunub. Hazırda Qaraçuxur qəsəbəsində mərkəzi küçə polis nəzarətindədir, əraziyə heç kim buraxılmır.

Suraxanı Rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləsələr də əlavə açıqlama verilməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR