BMT TŞ Suriyadakı müşahidəçilik missiyasının müddətini artırıb

BMT TŞ Suriyadakı müşahidəçilik missiyasının müddətini artırıb
# 20 iyul 2012 20:55 (UTC +04:00)
Bakı-APA. 300 beynəlxalq müşahidəçinin Suriyada qalmaq müddəti BMT Təhlükəsizlik Şurası tərəfindən 30 gün uzadılıb. Təhlükəsizlik Şurasının bütün 15 üzvü müvafiq qətnaməyə səs veriblər.

«Bu qətnamədə hər iki tərəfə zorakılığı dayandırmaq barədə müraciət olunub», deyə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin bildirib. Onun sözlərinə görə, Böyük Britaniya tərəfindən irəli sürülmüş qətnaməyə bu düzəliş Rusiya və Çinin tələbi ilə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR