Azərbaycanda dövlət istiqrazlarının emissiyası ilə bağlı yeni qaydalar təsdiqlənib

Azərbaycanda dövlət istiqrazlarının emissiyası ilə bağlı yeni qaydalar təsdiqlənib
# 15 may 2012 08:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) qərarı ilə «Dövlət istiqrazlarının emissiyası və tədavülü» Qaydaları təsdiq edilib. Sənəd artıq Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. Bu barədə «APA-Economics»ə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən bildirilib.

Yeni qaydalarda dövlət istiqrazlarının buraxılışlarının qeydiyyatının sadələşdirilməsi və hər bir istiqraz buraxılışına Milli Nömrələyici Agentlik tərəfindən beynəlxalq eyniləşdirmə nömrələrinin (ISIN kodları) verilməsi nəzərdə tutulur. «Bu da öz növbəsində Azərbaycan dövlət qiymətli kağızları barədə geniş investor kütləsinə məlumatların yayılmasına və bu alətə marağın artmasına imkan verəcək», - deyə Komitənin məlumatında bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR