Opera və Balet Teatrının solistləri Qazaxıstana səfər edəcəklər
11 aprel 2012 12:21 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri, əməkdar artistləri Gülnaz İsmayılova və Samir Cəfərov Qazaxıstana gedəcəklər. Teatr mətbuat xidmətindən APA-ya verilən məlumata görə, solistlər aprelin 15-dən 19-na kimi Astanada görkəmli sənətkar Kulyaş Beyseitovanın 100 illik yubileyinə həsr olunmuş təntənəli yubiley tədbirlərində çıxış edəcəklər. Onlar MDB və bir sıra türkdilli ölkələrin sənətçilərinin qatılacaqları gecədə Qazaxıstan Dövlət Simfonik orkestrinin müşayiəti ilə “Arşın mal alan” operettasından ariya və duetlər oxuyacaqlar.
Mədəniyyət siyasəti
Mədəniyyət Nazirliyinin kollektivi Ulu öndərin məzarını ziyarət edib
14:49
10 may 2024
Baş direktor: Qarşıdakı günlərdə Bakıda ICESCO-nun regional ofisinin açılışı olacaq
11:57
10 may 2024
ICESCO-nun baş direktoru: Şuşa - “İslam dünyasının mədəniyyət paytaxtı”nın təntənəli açılış mərasimi keçiriləcək
11:49
10 may 2024
ICESCO baş direktoru: Ənənəvi iş yerlərinin sayı azalır, yeni ixtisaslar meydana çıxır
10:42
10 may 2024