Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan deputat toxunulmazlığından məhrum edilib

Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan deputat toxunulmazlığından məhrum edilib
# 02 oktyabr 2012 14:58 (UTC +04:00)
APA-nın məlumatına görə, gizli səsvermə zamanı 64 deputat qərarın lehinə, 6 nəfər əleyhinə səs verib, bir bülleten etibarsız sayılıb.

Qeyd edək ki, Oskanyanın təmsil olunduğu fraksiyanın üzvləri səsverməni boykot edib və digər fraksiyaları da analoji addım atmağa çağırıblar.

Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan Sivilitas Fondunda xeyriyyə məqsədləri üçün nəzərdə tutulan pulları mənimsəməkdə və çirkli pulları yumaqda ittiham olunur. Oskanyan ittihamları rədd etsə də, mənimsənilmiş məbləği təzədən fondun hesabına köçürüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR