«Alfa Insurance» sığorta şirkətinin Direktorlar Şurasına yeni sədr təyin edilib

«Alfa Insurance» sığorta şirkətinin Direktorlar Şurasına yeni sədr təyin edilib
# 11 sentyabr 2012 09:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Alfa Insurance» sığorta şirkətinin Direktorlar Şurasına yeni sədr təyin edilib.

«APA-Economics»in məlumatına görə, bu vəzifəyə əvvəllər BSŞ-nin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışan Elşad Əliyev təyin edilib.

Şirkətdən bildirib ki, bu təyinat əsas etibarilə «Alfa Insurance» və onun təsisçisi olan «TexnikaBank»da infrastrukturun təkmilləşdirilməsi, yeni texnologiyaların və korporativ idarəetmə standartlarının tətbiqi ilə bağlı yeni inkişaf strategiyasının tətbiqinə yönəlmiş tədbirlərin effektivliyinin artırılması məqsədilə həyata keçirilib.

E.Əliyevin sözlərinə görə, «Alfa Insurance» şirkətində institusional inkişaf və təkmilləşmə prosesləri şirkətin bazardakı mövqeyinin gücləndirilməsinə və müştərilərə günün tələblərinə cavab verən müasir sığorta xidmətlərini təklif etməyə imkan verəcəkdir.

Xatırladaq ki, Xatırladaq ki, səhmdarı (100%) «Texnikabank» ASC olan «Alfa Sığorta» 1997-ci ildən fəaliyyət göstərir. Şirkətin cari ilin yanvar-iyul aylarında topladığı sığorta haqlarının həcmi 3,673 mln. manat, sığorta ödənişləri isə 0,237 mln. manat təşkil edib. Cari sentyabr ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 6,750 mln. manatdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR