Ermənistan yeni snayper tüfəngi hazırlayıb - FOTO

Ermənistan yeni snayper tüfəngi hazırlayıb - <font color=red>FOTO</font>
# 29 oktyabr 2012 11:47 (UTC +04:00)
APA-nın məlumatına görə, ermənilərə məxsus «Razm.info» hərbi saytı oktyabrın 26-da nümayiş etdirilmiş yeni snayper tüfənginin fotolarını yayımlayıb.

Dəzgah üzərində yerləşdirilmiş snayper tüfəngi 12.7x108 mm çaplı (B32) güllələrdən atəş açır. Üzərinə Rusiya istehsalı olan optik nişangah yerləşdirilmiş snayper tüfəngi geri təpmə təsirinin azaldılması lüləağzı əyləcə malikdir.

Tüfəngin uzunluğu 1500 mm, lüləsinin uzunluğu isə 1100 mm-dir. Lülə hər biri 420 mm olan 4 kəsikdən (hissədən) ibarətdir.

Tək-tək doldurulan K-15 tüfənginin atış tempi dəqiqədə 16 güllə, güllənin başlanğıc sürəti 810 metr/saniyə, atış məsafəsi 2000 metr, təsirli atış məsafəsi isə 1600 metrdir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR