Almaniyanın Lüdviqshafen şəhərinin nümayəndələri «Azərikimya»da olublar - FOTO
20 sentyabr 2012 12:30 (UTC +04:00)
Bakı - APA-Economics. Sentyabrın 18-də Sumqayıtla Almaniyanın Lüdviqshafen şəhərinin qardaşlıq əlaqələrinin 35 illiyi ilə əlaqədar Sumqayıta gələn nümayəndələr - Sumqayıt-Lüdviqshafen Dostluq Cəmiyyətinin sədr müavini Peter Lubenau və Lüdviqshafenin şəhər merinin müavini Klaus Dillinger «Azərikimya» İstehsalat Birliyində olublar.
«APA-Economics»in məlumatına görə, görüşdə «Azərkimya» İB-nin rəhbəri Muxtar Babayev qonaqlara «Azərikimya»nın müəssisələrində istehsal edilən kimyəvi məhsullar, onların ixrac coğrafiyası, son illərdə aparılan yeniləşmə və müasirləşmə prosesləri, yaxın və uzaq perspektivlər haqqında geniş məlumat verib. Bildirilib ki, istehsalata müasir, yüksək səmərəli avadanlığın, innovasiya texnologiyalarının tətbiqini prioritet istiqamət kimi götürən «Azərikimya» kollektivi neft-kimya sənayesində yüksək alman texnologiyasından istifadəyə də xüsusi diqqət yetirir.
Nəzərə çatdırılıb ki, Azərbaycan kimyaçıları son dövrlərdə məhsul istehsalı, onun həcminin və keyfiyyətinin yaxşılaşdırılması ilə yanaşı, ətraf mühitin mühafizəsinə, ekologiyanın qorunmasına da diqqəti xeyli artıb. Bu sahədə Almaniyanın, o cümlədən Lüdviqshafenin ekoloq-mütəxəssisləri də «Azərikimya»nın mütəxəssisləri ilə birgə xeyli faydalı işlər görüblər.
Görüşdə Almaniyalı qonaqlara «Azərikimya»nın perspektiv layihələri barədə ətraflı məlumat verilib, Sumqayıtın sənaye zonasında ekologiyanın yaxşılaşdırılması və sutəmizləyici qurğular sisteminin daha effektli şəkildə yenidən qurulması sahəsində gələcəkdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi və s. məsələlər barədə müzakirələr aparılıb.

Sənaye və energetika
Cəbrayılda günəş elektrik stansiyasının tikintisi üçün torpaq sahəsi müəyyənləşdirilib
12:45
25 may 2024
Elektrik enerjisinə dair tariflər tənzimlənəcək
12:18
25 may 2024
Elektrik enerjisi ilə əlaqədar bazar operatoru yaradılacaq
12:11
25 may 2024
“Azərişıq” ASC-nin tabeliyində yeni hüquqi şəxslər yaradılacaq
11:53
25 may 2024