Azərbaycan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun əsasnaməsi hökumətə təqdim olunub

Azərbaycan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun əsasnaməsi hökumətə təqdim olunub
# 19 iyun 2012 11:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun əsasnaməsi artıq işlənib və təsdiq üçün ölkə hökumətinə təqdim olunub. APA-Economics»in məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, eyni zamanda stimullaşdırıcı təkliflər paketi hazırlanıb ki, bura gömrük və vergi siyasətində mühitin yaxşılaşdırılması, ölkənin lokal şirkətlərinə güzəştli şərtlərlə kredit verilməsi, İKT sahəsində elm və təhsilin inkişafı və s. daxildir.

Ə.Abbasov onu da bildirib ki, bütün bunlar qəbul olunduqdan sonra sözügedən sahədə yeni bir mühit yaranacaq.

Qeyd edək ki, sözügedən Fond İKT sahəsində yüksək biliklərə malik olan mütəxəssisləri cəlb etməyə, layihələrin səmərəliliyi və vacibliyi haqqında xarici mütəxəssislərlə birgə araşdırmalar aparmağa, hər layihə üçün əsaslandırılmış rəy tərtib etməyə və birgə layihələri idarə etmək üçün menecment bazası yaratmağa, intellektual biznesin inkişafına xidmət edəcək. Eyni zamanda Fond İKT sahəsində innovasiya mühitinin inkişaf etdirilməsi məqsədilə vençur maliyyələşdirməsini təmin edəcək. Vençur maliyyələşməsi yolu ilə kiçik və yeni şirkətlər tərəfindən aparılan riskli, lakin perspektivli xarakter daşıyan innovasiya layihələrində xarici investorların kapitalından istifadə imkanı yaranmalıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR