Hindistanda müsəlmanlarla indusların davasında 32 nəfər öldürülüb

Hindistanda müsəlmanlarla indusların davasında 32 nəfər öldürülüb
# 24 iyul 2012 21:44 (UTC +04:00)
Bakı-APA. Hindistanın şimal-şərqindəki Assam ştatında müsəlmanlarla induslar arasında torpaq davasında 32 nəfər qətlə yetirilib. Polisdən verilən məlumata görə, 5 nəfəri iğtişaşları yatırmaq üçün bölgəyə yeridilmiş hərbçilər öldürüblər. Digər 27 nəfərin cəsədi isə yol kənarından və ya düzənlikdən tapılıb.

Son günlər ərzində iğtişaş bölgəsini 170 min nəfər tərk edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR