Cənubi Koreya ötən ay İrandan 736 min ton xam neft idxal edib
17 iyul 2012 08:53 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. Bu ilin iyun ayında Cənubi Koreya İrandan 736 min ton xam neft idxal edib. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə “Bloomberg” agentliyi xəbər yayıb. Məlumatda bildirilir ki, Cənubi Koreya ötən ilin iyun ayı ilə müqayisədə İrandan idxal etdiyi neftin həcmini 24% azaldıb.
Qeyd edək ki, Cənubi Koreya İrandan xam neft idxal edən ölkələr sırasında beşinci yerdədir. Rəsmi Seul bu ilin ilk yarısında İrandan 4.8 milyon ton xam neft idxal edib. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 21% azalma deməkdir.

Asiya
İranda növbədənkənar prezident seçkiləri iyunun 28-də keçirilə bilər
20:09
20 may 2024
Türkiyəli nazir: Rəisinin vertolyotunda siqnal sistemi ya sönülü olub, ya da ümumiyyətlə olmayıb
18:44
20 may 2024
Hindistan Ukrayna sülh sammitində iştirak edəcək
16:15
20 may 2024
BCM-nin prokuroru Netanyahu və HAMAS liderlərinin həbsinə order verilməsini tələb edib
15:16
20 may 2024